Bakıda Əfqanistan İslam Respublikasının vətəndaşı, 1989-cu il təvəllüdlü Rahim Mahdi on dörd yaşına çatmayan həmyerlisi Tamaraya (adlar şərti verilib – red.) təcavüz edib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Rahim Mahdi cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə 2019-cu il iyunun 21-də, saat 16 radələrində kirayə yaşadığı evdə körpə uşağının 40 gününün çıxması münasibəti ilə keçirdiyi qonaqlıq zamanı özünə məxsus yataq otağında olarkən, həmin otağa girən tanışının qızı, 2009-cu il təvəllüdlü Tamaranın köməksiz vəziyyətindən istifadə edib.
Rahim əli ilə Tamaranın qolundan dartaraq çarpayıya uzadıb. Onun dodağından öpüb, ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
İstintaq orqanı tərəfindən Rahimin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rahim ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, etnik cəhətdən hazara xalqına mənsub olmaqla əslən əfqanıstanlıdır:
“2018-ci ildən arvadımla Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyi tərəfindən verilmiş himayə sənədi əsasında Bakı şəhərində yaşayıram. Bir müddət Diana və sonuncunun arvadı ilə birlikdə kirayədə yaşamışıq. 2019-cu il iyunun 21-də qızımın doğumunun 40-cı günü münasibəti ilə keçirilən qonaqlıqda iştirak etmək üçün Diana övladları ilə mənim evimə qonaq gəldi.
Yeni doğulan övladımla otağımda olarkən Tamara və daha üç nəfər kiçik qız gələndə çarpayıda oturaraq telefonla oynamışam. Tamara uşağı qucağına almaq istəd. Körpənin yıxılacağından qorxduğumdan Tamaranın əlindən tutdum, onu qucağıma götürərək bir ata kimi üzündən öpdüm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Tamaraya qarşı hər hansı zor tətbiq etməyib, dodağından öpməyib və seksual xarakterli hərəkətlər etməyib: “İstintaq ərəfəsində diz çökməklə Tamaranın anasından üzr istədim, barışıq əldə etdim. Hazırda anlamadığım səbəblərə görə sonuncu mənə şər atır”.
Təqsirləndirilən şəxs qeyd edib ki, zərərkmişin anasının ona 140 manat borcu var, həmin borcu qaytarmamaq üçün ona belə bir şər atıb.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Tamara bildirib ki, 2019-cu il iyunun 21-də Rahim yeni doğulmuş qızının 40 gününün çıxması ilə bağlı keçirilən qonaqlıq zamanı qızı ilə birgə öz otağında olub: “Mən otağa keçdim, uşağı qucağıma almaq istədim. Rahim icazə vermədi. Məni çarpayıya uzatdı, başımı tutaraq dodağımdan öpdü, dilini ağız boşluğuma daxil etsə də, dişlərimi bərk qıcamaqla müqavimət göstərdim. Qardaşımı çağırmaq istədiyimi dedim, otaqdan çıxdım. Özümü pis hiss etdiyimdən qorxumdan heç kimə heç nə bildirmədim. Səhəri gün Rahimin mənə qarşı etdiyi əxlaqsız hərəkətləri barədə anama danışdım”.
İş üzrə zərərçəkmişin anası şahid qismində ifadə verib. O bildirib ki, övladları ilə birlikdə hadisə baş verən günü Rahimin yeni doğulmuş körpəsinin 40 günlüyü ilə bağlı onlara gedib: “Həmin gün saat 16 radələrində Rahimin olduğu otaqdan qızımın rəngi solmuş halda çıxmasını gördüm. Ondan nə olduğunu soruşdum. Lakin heç nə demədi. Qızımın dodaqlarının gömgöy olduğunu müşahidə etdim.
Səhəri gün qızım ağlayaraq mənə Rahimin ona əxlaqsız hərəkətləri barədə danışdı. Mən də şikayət ərizəsi ilə polisə müraciət etdim”.
Zərərçəkmişin anası qeyd edib ki, Rahimə borclu olduğuna görə, şər atmayıb. O, təqsirləndirilən şəxsin belə bir ifadə verməsinin yalan olduğunu söyləyib.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Rahim 8 il müddətinə azadlıqdan məhrum edilib.