14 Noyabr 2014 14:22
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına narkotik maddə keçirmək cəhdinin qarşısı alınıb.

Bu barədə Teleqraf.com-a Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında saxlanılan İlham Gülməmməd oğlu Məmmədova qardaşı, Gəncə şəhər sakini Fikrət Gülməmməd oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilib.

Keçirilən baxış zamanı “Emrooz” yuyucu tozunun içərisində xüsusi üsulla gizlədilmiş, xalis çəkisi 2.43 qram olan narkotik maddə - marixuana aşkar edilərək götürülüb.

İlham Məmmədov Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən həbs edilib.

Fakt üzrə araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: