4 Noyabr 2021 14:52
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

18 oktyabr 2015-ci il tarixdə Rusiya Federasiyası Tatarıstan Respublikası Yutazinski rayon sakini, 1937-ci il təvəllüdlü Rasima Zaqirovanın qəsdən öldürülməsi faktı ilə bağlı Tatarıstan Respublikası İstintaq idarəsinin Aznakayevski rayonlararası istintaq bölməsində başlanmış cinayət işi üzrə istintaq Ucar rayon prokurorluğunda tamamlanıb.

Bu barədə Teleqraf.com-a Ucar rayon Prokurorluğundan bildirilib.

İstintaqla müəyyən edilib ki, cinayət əməli Azərbaycan Respublikası vətəndaşı 1965-ci il təvəllüdlü Əlövsət Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı törədilib.

Əlövsət Məmmədova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyatı üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər