14 Noyabr 2014 15:23
1 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə noyabrın 11-də Sabunçu rayonunun Maştağa qəsəbəsində qeyd alınıb. Bakı şəhər sakinləri Teymur Sağıyevin idarə etdiyi “QAZ-3302” və Emin İbrahimovun idarə etdiyi “VAZ-21154” markalı avtomobillər toqquşub.

Emin İbrahimov və 1 sərnişini xəstəxanaya yerləşdirilib, Emin İbrahimov noyabrın 13-də orada ölüb.
Teleqraf.com xəbər verir ki, Emin İbrahimov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin üzvüdür.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: