14 Noyabr 2014 16:17
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda Ukrayna vətəndaşına qarşı quldurluq hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, noyabrın 13-də Ukrayna vətəndaşı Nadejda Liaşeva naməlum şəxsin hücumuma məruz qalıb. Naməlum şəxs Ukrayna vətəndaşına zorakılıq göstərək içərisində 57 manatı, mobil telefonu və sənədi olan çantasını alıb.

Nadejda Liaşeva quldurluq hadisəsi ilə üzləşməsi barədə Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinə şikayət edib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayon sakini Xalid İsmayılov tutulub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər