14 Noyabr 2014 17:10
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunda evdən xeyli miqdarda pul oğurlanıb. Bu barədə Teleqraf.com-a Quba rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, oğurluq hadisəsi noyabrın 10-da baş verib. Rayon sakini Hacıağa Məmmədovun evindən 4850 manatını oğurlanıb. Hacıağa Məmmədov evindən oğurluq edilməsi ilə bağlı polisə şikayət edib.
Şikayət əsasında əməliyyat qrupu yaradılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 10-da Bakı şəhər sakini Sabit Həsənov tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər