10 Noyabr 2021 14:08
4 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala rayonunda 1992-ci il təvəllüdlü İdrak intim münasibətdə olduğu Könülü (adlar şərti verilib – red.) şantaj edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, İdrak 2021-ci ilin mayında aralarında intim münasibətlər olan Zaqatala rayonu, Yuxarı Çardaxlar kənd sakini Könülün vatsapdan ona göndərdiyi çılpaq fotoşəkillərini telefonunun yaddaşına köçürüb.

İdrak həmin il iyunun 9-da yaşadığı Cimcimax kəndində olan zaman Könülə məxsus çılpaq fotoları qohumları və kənd sakinləri arasında yayacağı barədə mesaj yazıb.

Daha sonra həmin fotoları internet vasitəsilə nümayiş etdirib, onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib.

İdrak bu niyyətini həyata keçirməmək üçün Könüldən 30 manat tələb edib. İyunun 10-da 30 manatın 5 manatı məbləğində Könül ona kontur göndərib.

İdrak tələb etdiyi pulun 5 manatını Könülə güzəştə gedib, yerdə qalan 20 manatı rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb edib.

İstintaq orqanı tərəfindən İdrakın barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İdrak ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Könülün mobil nömrəsini əvvəllər işlədiyi firmadan sifariş vermək üçün kənd camaatı arasında soraqlaşaraq öyrənib və daha sonra onunla əlaqə saxlayıb:

“Könülün boşanmasından məlumatım olsa da, mənim evli olmağımdan onun məlumatı olmayıb. Könülü sevdiyimi deyərək inandırdım. Könüllə tanış olduqdan təxminən 10 gün sonra mayın əvvələrində ilk dəfə onunla yaşadığı evin həyətində yerləşən fındıq bağının altında təbii yolla cinsi əlaqədə oldum”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2021-ci ilin mayın əvvəllərində Könüldən çılpaq şəkilini göndərməsini istəyib: “Könül mənə inandığı üçün tamamilə çılpaq şəklini çəkərək göndərdi. Ondan bir neçə çılpaq şəkillərini çəkib göndərməsini istədim. Mənə inandığı üçün göndərdi.

Könül evli olduğumu bildikdən sonra mənimlə əlaqəni kəsmək istədi. Mən isə yaxın vaxtlarda boşanacağımı dediyim üçün Könül əlaqəni kəsmədi. Həmin müddətdən sonra mütəmadi olaraq təxminən 9-10 dəfə Könülün yaşadığı evə getmişəm. Ona evlərinə getməzdən əvvəl gəlməyim barədə məlumat vermişəm. Könüllə yaşadığı evin bağçasında yerləşən fındıq ağaclarının və odun yığdıqları damın çardağının altında cinsi əlaqədə olduq.

Təxminən 5-6 dəfə Könüllə təbii yolla və bir-iki dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşam. Könülgilə gedən zaman pul kisəsini çayda salmışam. Bu barədə Könül bildikdən sonra mənə kömək üçün 1000 manat pul verə biləcəyini dedi. Ancaq Könülün təklifi ilə razılaşmadım”.

İdrak qeyd edib ki, sonuncu dəfə tutulmamışdan təxminən 2 həftə əvvəl Könüllə qeyri-təbii yolla cinsi əlaqədə olub: “2021-ci ilin may ayının ortalarında ayrı-ayrı vaxtlarda Könülün çılpaq şəkillərini qohumları Vəli və Aydına göstərmişəm. Həmin qohumları da etdiyim hərəkəti pis qarşıladılar. Hətta bir dəfə həqiqətən Könüllə görüşdüyümü sübut etmək üçün Aydınla birlikdə onun yaşadığı evə getmişəm.

Aydın evin içərisinə keçib, mən isə Könülü bir neçə dəfə mesaj yazaraq evdən çölə çıxarmışam. Bundan sonra Aydın Könüllə söhbət edərək mənimlə münasibəti sonlandırmasını istədi. Könül mənə nəyə görə şəkillərini Aydına göstərdiyimi soruşdu. Bu zaman ona şəkilləri siləcəyimi söz verdim”.

İdrakın ifadəsinə görə, iyunun 9-da həmişə olduğu kimi Könüllə görüşüb və qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəyib: “Könülə zəng etdim, həmçinin mesaj yazaraq fikrimi çatdırdım. Könül mənə evdə tək olacağını bildirdi, gəlməyimə razılıq verdi. Mən dağa gedəcəyim üçün Könüldən 30 manat istədim. 30 manatı olmadığını dedikdən sonra bir az da pivə içdiyim üçün onunla kobud danışmağa başladım. Mobil telefonumda olan çılpaq şəkillərini 30 manat vermədiyi halda bütün kənddə və sosial şəbəkələrdə yayacağımı dedim.

Könül də 20 manatı olduğunu söylədi, həmin məbləğlə razılaşdım və axşam gələrək götürəcəyimi dedim. Həmin gün yaşadığım kənddən çıxaraq Könülün yaşadığı evin yanına getdim. Ancaq nə qədər mesaj yazsam, zəng etsəm də Könül cavab vermədi. Əsəbləşdiyim üçün Könülə hədə ilə dolu mesajlar yazdım və onun başına oyun açacağımı bildirdim”.

İdrak qeyd edib ki, səhəri gün Könül ona zəng edərək atası ilə getdiyi üçün gələ bilmədiyini söyləyib: “Könüldən tələb etdiyim 30 manatın 5 manatlıq hissəsinə kontur vurmasını istədim. O, kənddə kontur olmadığını deyəndə məni aldatdığını zənn etdim. 1 saat müddətində kontur tapmayacağı halda onu rüsvay edəcəyimi söylədim. Könül də günorta saat 14 radələrində 5 manatlıq kontur kodunu yolladı. Ona tələb etdiyim 30 manatın 5 manatını kontura, 5 manatını isə hörmət etdiyim üçün çıxdığımı bildirdim, 20 manatı isə tələb etdim. 20 manatı götürərək 10 günlük dağa gedəcəyimi bildirdim.

Könülə həmin məbləği mütləq düzəltməli olduğunu, əks təqdirdə məndən inciməməyi söylədin. O da 20 manatlıq əskinasın şəklini çəkərək mənə atdı. Həmin axşam Könülün yaşadığı evin qarşısına getsəm də, Könül mesajlarıma cavab vermədi, zənglərimi açmadı. Bundan sonra öz yaşadığım evə getdim”.

Bu cinayət işinə Zaqatala rayon Məhkəməsində baxılıb.

İdrak 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər