Ötən axşam Qəbələ və Şabranda yanğın hadisəsi qeydə alınıb.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qəbələ rayonu, Zarağan kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 300 kv m olan ikimərtəbəli 5 otaqlı evin 1 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanıb. Evinin qalan hissəsi yanğından mühafizə olunub.
Şabran rayonunda isə vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın saat 21:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.