15 Noyabr 2014 09:26
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ucar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ucar rayonu, Alpı kəndində iki "Kamaz" markalı yük avtomobili toqquşub.

Avtomobillərdən birinin sürücüsü 1964-cü il təvəllüdlü Hüseynov Qara Dəmir oğlu isə hadisə yerində vəfat edib.

Xilasedicilər sürücünün cəsədini çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 05:56-da başa çatıb.


Müəllif: