Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Aqil Hümmətovun cinayət işi üzrə məhkəmə prosesi keçirlib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan hökm oxunub.
Aqil Hümmətovun 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Aqil Hümmətov 2021-ci ilin avqustunda həbs olunub. O, yaşadığı Zirə qəsəbəsində Yamən Məmmədovu bıçaqlamaqda təqsirli bilinir.
Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.