Bakıda dilənçiliklə məşğul olan 4 nəfər saxlanılıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi, Post Patrul Xidməti Bölüyü rayon ərazisində dilənçiliklə məşğul olan 1 qadın və 3 azyaşlını müəyyən edərək barələrində inzibati protokol tərtib olunub.
Onların 4-ü də qeydiyyatda olduqları rayona göndəriliblər.