18 Noyabr 2021 00:13
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda iki nəfərin mübahisəsi ölümlə nəticələnib.

Teleqraf.com xəbər verir ki, hadisə Kənarmeşə kəndindəki çay evlərindən birində baş verib. Belə ki, rayonun Seydəkəran kənd sakini, 1970-ci il təvəllüdlü Mail Mirzağa oğlu Heydərov çayçı kimi çalışdığı çayxanada bir nəfərlə mübahisə edib. Mübahisə zamanı M.Heydərov yerə yıxılıb.

Bu zaman o, sol gicgah nahiyəsindən xəsarət alıb və yerindəcə keçinib.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb edilib və baxış keçirilib. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər