Azərbaycanda terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.
Teleqraf.com xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası dekabrın 14-nə təyin edilib.
Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrlik etdiyi kollegiyada baxılacaq.
Qeyd edək ki, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib.