Gədəbəy rayonunda 1958-ci il təvəllüdlü İmran qonşusu İsanı döyüb.
Teleqraf.com xəbər verir ki, hadisə bu ilin iyunun 18-də, saat 07.30-da rayonun Musayal kəndində baş verib. İmran həmkəndlisi İsanı həyətinə onun iribuynuzluheyvanlarının girməsi səbəbindən aralarında qonşuluq münasibətlərinin pozulmasızəminində mübahisə yaranıb.
İstintaq orqanı tərəfindən İmranın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İmran ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, ailəüzvləri ilə birlikdə Şəmkir şəhəri, Aşıq Ələsgər küçəsində yaşayır: “Yay aylarındairibuynuzlu heyvanlarını saxlamaq üçün arvadım Ofeliya ilə birlikdə Gədəbəy rayonu,Musayal kəndində yerləşən ata yurduna gəlirik, orada yaşayır. 2021-ci ilin mayın ortalarında arvadım ilə birlikdə hər il olduğu kimi iribuynuzlu heyvanlarını da götürərək Musayalkəndində olan ata yurduna gəldik”.
Təqsirləndirilən şəxs deyib ki, zərərçəkmiş İsa onun qonşusudur: “İyunun 18-də, səhər saat 07.30-da iribuynuzlu heyvanlarını otarmaq üçün çölə aparan zamanheyvanlardan biri İsanın həyətinə girdi. Lakin ona heç bir ziyan vurmadı. İsa inəyihəyətindən çıxararaq mənim yolumu kəsdi. Bildirdi ki, niyə malını yol ilə düz aparmırsan. İsa mənim atamı söydü. Aramızda mübahisə yarandı. Mübahisə zamanı İsanı əlimdə olan ağacla başından vurdum. Həminvaxt başımda olan papaq yerə düşdü.Papağımı götürmək istəyən zaman İsa yenidənəlində olan ağacla belimin ortasına vurdu. Həmin vaxt çox əsəbləşdin və yerdəngötürdüyüm daşı İsanın başının ortasına vurdum. Sonra arvadım gəldi. Heyvanlarıda götürərək oradan uzaqlaşdım”.
İmran deyib ki, zərərçəkmiş İsa ilə barışmaq istəyir,lakin İsa onunla ədavət saxlayır.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən İsanın sözlərinə görə, ailə üzvləri ilə birlikdəGədəbəy rayonu, Musayal kəndində yaşayır: “Təqsirləndirilən İmran və onun arvadı Şəmkirdə yaşayırlar. Yay aylarında Gədəbəy rayonu, Musayal kəndinə köçürlər. 2021-ci ilin mayın ortalarında İmran və onun arvadı Ofeliya 17baş iribuynuzlu heyvanı ilə birlikdə Gədəbəy rayonu, Musayal kəndinə mənim eviminqonşuluğunda yerləşən ata yurduna gəldilər. Onların iribuynuzlu heyvanları dəfələrlə mənim həyətyanı sahəmə girdi, çəpərimi uçurdu, mənə maddi ziyan vurdu”.
Zərərçəkmişin ifadəsinə görə, iyunun 18-də, səhər İmranın iribuynuzlu heyvanları, onun həyətyanı sahəsinə yenidən daxilolub: “İmranı çağırtdırdım, heyvanlara yaxın getmədən İmranın gəlməsinigözlədim. İmran gələrək heyvanları həyətyanı sahəmdən çıxartdı. Mənə “nə edimheyvandır girir də” dedi. İmrana iradımı bildirdim. İmran mənim atama söydü. Aramızda mübahisə oldu. İmran əvvəlcə ağacla məni vurdu, sonra isəyerdən götürdüyü daşı başımın təpə nahiyəsindən vuraraq yaraladı”.
Gədəbəy rayon Məhkəməsinin hökmü ilə İmran 1000 manat miqdarında cərimə olunub.