24 Noyabr 2021 00:26
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda döyülmə hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Çarxı kəndində qeydə alınıb.

Xaçmazın N.Nərimanov küçəsi, bina 70A ünvanında yaşayan, 1999-cu təvəllüdlü Əzimova Xanım Kənan qızı kafedə tanımadığı şəxs tərəfindən döyülüb.

X.Əzimova Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona burun sümüyünün qapalı sınığı, döş qəfəsinin əzilməsi diaqnozu qoyulub.

Hazırda hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır


Müəllif: Teleqraf.com