Bakıda arvadını öldürməyə cəhddə təqsirləndirilən Həbib Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndiriilən şəxsə hökm oxunub.
Həbib Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş verib.
Həbib Məmmədov arvadına qısqanclıq zəminində 5 yaşlı övladının gözünün qarşısında bıçaqlayıb.
Qadın xəstəxanaya çatdırılıb, vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Həbib Məmmədov tutulub və barəsində cinayət işi başlanıb.