29 Noyabr 2021 15:55
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Narkotik alverində təqsirləndirilən Dünya və Avropa çempionu Fikrət Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Fikrət Rəhimov 5 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, Fikrət Rəhimov 6.758 qram narkotik maddə olan metamfetamin (patı) ilə saxlanılıb.


Müəllif: Hacı Zeynalov