17 Noyabr 2014 12:51
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən 1998-ci il təvəllüdlü Cəlilabad rayon sakini Cavid Əhədlinin cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini Cavid Əhədli tutulub.

Məlum olub ki, o, avqustun 30-u 2013-cü il tarixdə Dənizkənarı Milli parkda Bakı şəhər sakini Anar Rəhimovun etibarından sui-istifadə edərək zəng etmək adı ilə mobil telefonunu alıb qaytarmayıb.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Cavid Əhədli 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: