8 Dekabr 2021 16:43
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qardaşını qətlə yetirməkdə təqsirləndirilən Elçin Camalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Elçin Camalov ittiham olunduğu Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi üzrə əməli sübuta yetirilməyib.

Məhkəmənin qənaətinə əsasən, Elçin Camalov zəruri müdafiə həddini aşmayıb. Qardaşı onu bıçaqlamaq istəyərkən Elçin Camalov özünü qorumaq məqsədi ilə onu bıçaqlayıb. Cinayət işi üzrə onun əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilib.

Ona bəraət verilib və məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, bu ilin martın 18-də Nəsimi rayon ərazisində 1968-ci il təvəllüdlü Camalov Etibar Feyzəmməd oğlunun üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla zərərçəkmişin qardaşı, 1969-cu il təvəllüdlü Elçin Camalovun aralarında yaranmış münaqişə zamanı Etibar Camalova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər