Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin tərbiyə müəssisəsində futbol yarışı keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində 17 Noyabr – “Milli dirçəliş günü” münasibəti ilə məhkumlarla Bakı şəhəri Nərimanov rayonunun yeniyetmələrindən ibarət “Gənclik” komandası arasında futbol oyunu keçirilib.
Məhkumların asudə vaxtlarının səmərəli təşkili və idmana maraqlarının artırılması məqsədi ilə təşkil olunan tədbirdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları Salman Əbdülov, Cəlil Əlizadə və Nəcəf Novruzov iştirak ediblər.
Gərgin mübarizədən sonra məhkumlardan ibarət futbol komandası I yerə layiq görülüb. Qaliblərə diplom və hədiyyələr təqdim edilib. Keçirilən tədbir məhkumlar tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.
Hacı Zeynalov