17 Noyabr 2014 17:15
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həmyerlisini bıçaqlamaqda təqsirli bilinən Yalçın Novruzovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, Yalçın Novruzov Xızı rayonun Giləzi qəsəbəsində həmyerlisi Cəbrayıl Abbasovu bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Giləzi qəsəbə sakini Yalçın Novruzov tutulub.

Yalçın Novruzov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham olunub. Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Yalçın Novruzov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: