17 Noyabr 2014 23:23
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan şəhərində qadın meyiti tapılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Heydər Əliyev prospekti, 46 ünvanında qeydiyyatda olan 80 yaşlı Osmanova Xalidə Mahmud qızının meyiti Şirvan şəhərinin “Bağ evləri” ərazisində tapılıb.

Qadının baş və qol nayihəsində zorakılıq əlamətləri aşkar edilib. Mərhum Şirvan şəhəri 10 saylı məktəbdə müəllimə kimi çalışıb və iki il bundan əvvəl təqaüdə çıxıb. Faktla bağlı Şirvan şəhər Prokurorluğu araşdırma aparır.


Müəllif:

Oxşar xəbərlər