18 Noyabr 2014 07:36
1 328
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskvanın Perovsk məhkəməsi Sergey Kuznetsov və Marina Çertovanı azərbaycanlının qətlində təqsirli bilib.
ANS PRESS-in məlumatına görə, məhkəmənin qərarı ilə Kuznetsov 12 il Çertova isə 11 il həbs cəzasına məhkum ediliblər.
Cinayəti açmaq üçün bir il vaxt lazım olub. Rusiya ərazisində qeyri-leqal yaşayan 29 yaşlı azərbaycanlı cəsədi 2012-ci sentyabrın 7-də Moskva dairəvi avtomobil yolunun 7-ci kilometrliyində avtobus dayanacağının yaxınlığına aşkar edilmişdi. Qətlin qurbanının kürəyində arbaletdən atılmış birmetrlik polad ox olub.
Любовники застрелили первого встречного из арбалета, репетируя убийство кредиторов
Məlum olub ki, qətl Moskva ətrafı Jeleznodorojnıy şəhərinin 33 yaşlı sakini Marina Çertovanın eşq macərasının nəticəsidir. Qadın moskvalı evli Sergey Kuznetsova aşiq olub. Marina onun üçün hətta qətlə də hazır olub.
İstintaqın versiyasına görə, cinayətin 44 yaşlı təşkilatçısı, biznesmen Sergey Kuznetsov, Marinadan ona lazımsız kreditoru aradan götürmək üçün kömək etməyi xahiş edib.
Azərbaycanlının öldürülməsi üçün məşuqlar orta əsr silahını sınaqdan keçirməyə qərar veriblər.
Sonra hər şey qabaqcadan tədarük edilmiş ssenari üzrə olub. Marina azərbaycanlıya onu qardaşı ilə tanış olmağı təklif edib. “Qardaş” rolunda Sergey çıxış edib. Görüş Vıxino stansiyası yaxınlığında Moskva parklarından birində olub.
“O, oturmuşdu. Sergey mənim artıq nişan aldığımı görüb yana çəkildi. Oxu atdım və hədəf yerə yıxıldı”, - deyə Marina etiraf edib.
Zərər çəkmiş hadisə yerində ölüb. Məşuqları tam bir il tapa bilməyiblər.
Marina etiraf edib ki, Sergey ona azərbaycanlı biznes-partnyorunu öldürəcəyi halda bir neçə milyon rubl ödəməyə söz verib.
Serqey Kuznetsova gəlincə, o, öz günahını qəbul etmir. Lakin S Kuznetsovun azərbaycanlını niyə öldürdüyü hələlik məlum deyil. Öldürülən azərbyacanlının da adı açıqlanmır.

Müəllif:

Oxşar xəbərlər