20 Dekabr 2021 15:39
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, tərəflər cinayət işinin materialları ilə tanış olurlar.

Yaxın günlərdə cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Namiq Zeynalov Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

O, Cəlilabad rayon İcra Hakimiyyətində ötən ilin dekabr ayında keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 8-də imzaladığı sərəncamla Namiq Zeynalov Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər