Bakının Nərimanov rayonunda bədbəxt hadisə baş verib. Nərimanov rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Böyükşor qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini Mehriban Qarakişiyeva meyiti yaşadığı evin hamamında aşkarlanıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları onun dəm qazından boğulduğunu müəyyən ediblər.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov