21 Dekabr 2021 09:41
329
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonu Əlicanlı kənd sakini Alim Ağayevə COVID-19 testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilsə də, adıçəkilən şəxs qaydaları pozaraq yaşadığı ünvanı tərk edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən onun qanunazidd hərəkətinin qarşısı alınıb və yaşadığı ünvana geri qaytarıblar.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər