18 Noyabr 2014 12:17
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Xətai rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Bakı şəhər sakini Xəsaib Əliyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

34-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Bakı şəhər sakini Nicat Səfərov tərəfindən törədilməsi müəyyən edilib. O, həbs edilib.


Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər