Bakının Nəsimi rayonunda oğurluq edən qız həbs edilib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Nizami rayon Polis İdarəsi, 25-ci polis bölməsi və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Səbinə Əliyeva yaxalanıb.
Səbinə Əliyeva noyabrın 17-də saat 18.00 radələrində Qara Qarayev prospektində yerləşən mağazada Bakı şəhər sakini Badam Əliyevanın əl çantasını oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov