Ötən ay dövlət sərhədini pozduqları üçün 21 halda 23 nəfər saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, onların 10 nəfəri Azərbaycan, 6 nəfəri Özbəkistan, 2 nəfəri İran, 2 nəfəri Türkiyə , 1 nəfəri Gürcüstan, 1 nəfəri Tacikistan və 1 nəfəri isə Ukrayna vətəndaşı olub.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 7 halda 10 nəfər, Xəzər dənizində 19 halda 26 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 226 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 11 halda 13 kiloqram 297 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Ay ərzində 52 halda ümumi dəyəri təqribən 203 min manat olan qaçaqmalın, o cümlədən 1 ədəd avtomat silah, 2 ədəd avtomat silahın darağı, 57 ədəd patron, 1 ədəd qumbara atan silah, 1 ədəd pnevmatik tapança, 7,775 qutu müxtəlif markalı siqaret, 163 ədəd müxtəlif ölçülü araq, 73 kiloqram nərə balığı, 5 kiloqram qara kürü, 17740 ədəd pirotexniki vasitələr, 3 ədəd qayıq, 400 metr balıq tutmaq üçün tor, müxtəlif dərman preparatları və sənaye malları saxlanılıb.
BƏXTİYAR