Bakının Nəsimi rayonunda oğurluq edən Ukrayna vətəndaşı həbs edilib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin “Təhlükəsiz Şəhər” xidməti və Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ukrayna vətəndaşı,1975-ci il təvəllüdlü Olqa Kovalenko saxlanılıb.
Olqa Kovalenko noyabrın 10-da günorta saatlarında Azadlıq prospektində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini Leyla Mehdiyevanın içərisində 50 manat, şəxsiyyət vəsiqəsi və bankomat kartı olan pul kisəsini oğurlayıb.
Hacı Zeynalov