18 Noyabr 2014 14:55
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda tapılan meyitin kimliyi müəyyən edilib.

Bu barədə Teleqraf.com-a Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, 20-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə noyabrın 15-də A.Səhhət küçəsində tapılmış meyitin Bakı şəhər sakini Orxan Ramazanov olması müəyyən edilib.
Hazırda Orxan Ramazanovun hansı şəraitdə ölməsinin səbəbləri araşdırılır.

Qeyd edək ki, noyabrın 17-də A.Səhhət küçəsində üzərində zorakılıq əlamətləri görünməyən 20-25 yaşlı kişi meyiti tapılıb. Üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün meyitin kimliyini müəyyən etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər