Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amanszılıqla adam öldürməkdə təqsirli bilinən 1998-ci il təvəllüdlü Anar Səlimovun məhkəməsi başlayıb.
Teleqraf.com-un xəbərinə görə, ötən il, dekabrın 26-da Suraxanı rayonunda, “Aura” şadlıq sarayının yaxınlığındakı 9 mərtəbəli binanın qarşısında 15 yaşlı Anar Səlimov 24 yaşlı Nazim Həşimovu bıçaqlayaraq öldürüb.
Öldürülən 24 yaşlı Nazim Həşimov binanın altında yerləşən internet klubdan cıxarkən 15 yaşlı Anar Səlimovla təsadüfən toqquşub. Mərhum yeniyetmənin ona yol verməməsinə irad tutub. Buna görə də onların arasında mübahisə olub.
Bu zaman Anar özündən böyük qardaşını cağıraraq Nazim Həşımovu döyüblər. Nazimin də öz qardaşına zəng etdiyini görən 15 yaşlı oğlan bıçaqla ona 3 zərbə endirib. Mərhum “Azərsutikinti” xəstəxanasına catdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiriləndən sonra məhkəmə baxışı aprelin 22-nə təyin olunub.
Hacı Zeynalov