Bakının Qaradağ rayonunda ərini qətlə yetirməkdə ittiham olunan Sevda Babayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teıeqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sevda Babayevanın ittiham olunduğu Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi həmin məcəllənin 123-cü (zəruri müdafiə həddini aşmaqda adam öldürmə) maddəsinə tövsif edib.
Sevda Babayeva 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Milli Məclisinin “8 noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarının təsiri altına düşdüyü müəyyən olunub.
Bu səbəbdən onun barəsində olan cinayət təqibinə xitam verilib.
Sevda Babayevanın barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və o, məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, Elvin Əskərzadənin yaşadığı evdə bıçaqlanaraq öldürülməsi barədə Qaradağ rayon Prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin arvadı Sevda Babayevanın şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Elvin Əskərzadənin sol sinə nahiyəsinə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Sevda Babayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Elvin Əskərzadə Lənkəran, Sevda Babayeva isə Yardımlı rayon sakinləri olublar. Onların bir qız övladı var.