18 Noyabr 2014 22:21
2 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zərdab rayonunda narkotik istifadəçisi saxlanılıb.

APA – nın yerli bürosunun məlumatına görə, rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat – axtarış tədbirləri nəticəsində rayonun Bıçaqçı kənd sakini 55 yaşlı Tarverdi Mirzəyev saxlanılıb. Baxış zamanı onun üzərindən və evindən ümumilikdə 460 qr qurudulmuş marixuana götürülüb.

Təqsirləndirilən T. Mirzəyev 3 ilə yaxındır ki, bu işlə məşğul olduğunu və tutduğu əməlindən peşman olduğunu etiraf edib.

Faktla bağlı Zərdab Rayon Polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.


Müəllif: