Gəncə şəhərində yaşlı qadın intihar edib.
Bu barədə Teleqraf.com-a Gəncə şəhər Prokurorkluğundan məlumat verilib.
Məlumata görə, Gəncə şəhər sakini, 1928-ci il təvəllüdlü Qəmər Bayramova sirkə turşusu içərək özünü öldürüb. Yaşlı qadının intihar etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov