19 Noyabr 2014 14:43
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə 31 nəfər vətəndaş ədliyyə orqanlarında qulluğa qəbul olunaraq Penitensiar xidmətdə kiçik rəis heyətində vəzifələrə təyin ediliblər.

Teleqraf.com xəbər verir ki, ədliyyə nazirinin müavini, penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev qulluğa yeni qəbul olunmuş əməkdaşları qəbul edib.

Nazir müavini xidmətə qəbul edilən gəncləri ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədovun adından təbrik edərək, onlara seçdikləri şərəfli işdə uğurlar arzulayıb.

Ədliyyə orqanlarında qulluğa yeni qəbul olunmuş gənc əməkdaşlar Penitensiar xidmətin tarix muzeyində olublar. Muzeyin Heydər Əliyev guşəsində ümummilli liderin həyat və fəaliyyətini, onun müasir Azərbaycanın inkişafı uğrunda əldə etdiyi nailiyyətləri əks etdirən fotoşəkillərlə, həmçinin xidmətin fəaliyyətinə aid eksponatlarla tanış olublar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər