Şəmkir rayonunda dəhşətli cinayət hadisəsi baş verib. Teleqraf.com-un xəbərinə görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb.
Rayon sakini, 45 yaşlı Müşfiq Əmirov qeyri-rəsmi yaşadığı 43 yaşlı Sevil Həsənovaya balta ilə bədənin müxtəlif nahiyələrinə xəsarətlər yetirib. Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır olduğu üçün Bakıda olan xəstəxanalardan birinə göndərilib.
Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Müşfiq Əmirov həbs edilib. O, törətdiyi cinayəti etiraf edib. Müşfiq Əmirov hadisəni şəxsi münasibətlər zəminində törətdiyini deyib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov