Paytaxtın Nəsimi rayonunda iki avtomobil toqquşub.
Teleqməlumatına görə, Svetlana Məmmədova küçəsi ilə eyni istiqamətdə hərəkət edən "Tofaş"ın sürücüsü 23 yaşlı Altun Əlizadə qəfil idarəetməni itirib. O, maşını yolun solunda hərəkət edən 18 yaşlı İsmayıl Əliyevə məxsus "Honda"ya çırpıb.
Nəticədə hər iki avtomobil yolun əks istiqamətinə keçib. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillər yararsız hala düşüb. Hadisə yerinə Dövlət Yol Polisinin Nəsimi Rayon Şöbəsinin əməkdaşları gəliblər.
Qəzanın necə baş verdiyi yaxınlıqdakı "Təhlükəsiz şəhər" kameralarına baxıldıqdan sonra müəyyən olunacaq. Faktla bağlı Dövlət Yol Polisinin Nəsimi Rayon Şöbəsində araşdırma aparılır.