20 Noyabr 2014 11:16
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan 1970-ci il təvəllüdlü Zeynal Sadıqovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, Zeynal Sadıqov ötən ilin sentyabrın 6-da Suraxanı rayonu, Bülbülə qəsəbəsində 1968-ci il təvəllüdlü Nazilə Əmrahovanı qəsəbə ərazisində yerləşən qəbiristanlıqda bıçaqlayaraq öldürüb.

Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Nazilə Əmrahovanı tanışı, 1970-ci il təvəllüdlü Zeynal Sadıqov tutulub. Zeynal Sadıqov ilkin ifadəsində Nazilə Əmrahovanı borc üstündə öldürdüyünü etiraf edib. Qətli törədən Zeynal Sadıqov əvvəllər Dövlət Yol Polisində çalışıb.

Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Zeynal Sadıqov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər