20 Noyabr 2014 11:48
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Mahmud Adullayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı noyabrın 27-nə təyin olunub.

Mahmud Abdullayev Sabunçu rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilib. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilir. O, vətəndaşları aldadaraq pullarını mənimsəməkdə təqsirli bilinir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər