20 Noyabr 2014 12:23
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda dələduzluq edən şəxs məsuliyyətə cəlb edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Ehtiram Məmmədov tutulub.

Ehtiram Məmmədov bu ilin iyunun 2-də Yeni Günəşli qəsəbəsində Bakı şəhər sakini İlham İbadovun etibarından sui-istifadə edərək 140 manat və 5000 ABŞ dollarını dələduzluq yolu ilə mənimsəyib.

Hacı Zeynalov


Müəllif: