20 Noyabr 2014 12:44
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi törədən şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Talış Nazim oğlu Həsənov tutulub.

Talış Həsənov noyabrın 19-da saat 03:00 radələrində Ağasadıq Gəraybəyli küçəsində yerləşən yataqxanada yaşayan 1990-cı il təvəllüdlü Fariz Baxışova bıçaqlayıb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: