20 Noyabr 2014 17:42
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Abşeron rayon Polis Şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Xocəsən qəsəbəsində qeydə alınıb.

Salyan şəhər sakini Səbuhi Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanmış Bakı şəhər sakini Vilayət Vəliyevə məxsus “VAZ-2104” və Sabirabad rayon sakini Teymur Həsənova məxsus “BMW” markalı avtomobillərə vurub.

S.Məmmədov və T.Həsənov xəstəxanaya yerləşdirilib, T.Həsənov ölüb, S.Məmmədova ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: