Sabunçu rayon Bakıxanov bələdiyyəsinin sabiq sədr müavini Orxan Daşdəmirli, onun tanışı İlkin Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hökm elan edilib.
Hər iki təqsirləndirilən şəxs 10 min manat cərimə edilib.
İttihama görə, Orxan Daşdəmirli ilə İlkin Babayev bir nəfərdən Fatmayı kəndi, 2-ci sovxoz ərazisində yerləşən torpaq sahəsinə rəsmi çıxarış almaq vədi veriblər.
Bu məqsədlə onlar vətəndaşdan 28 min manat pulu dələduzluq yolu ilə ələ keçiriblər.
Cinayət materialında qeyd edilib ki, hər iki şəxs həmçinin vətəndaşı rüşvət verməyə təhrik edib.
Orxan Daşdəmirli KİV-də politoloq qismində siyasi şərhlərlə də çıxış edib.