Goranboy rayonunda iki nəfər qətlə yetirilib.
DİN-in Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə bu gün rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.
Kəndin yaxınlığında yerləşən torpaq sahəsindən 1970-ci il təvəllüdlü Pərviz Namazov və bacısı 1960-cı il təvəllüdlü Səlmi Namazovanın kəsici alətlə qətlə yetirilmiş meyitləri tapılıb.
Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin "isti izlər"lə açılması təmin olunub. Belə ki, qətli törətməkdə şübhəli bilinən eyni kəndin sakini 1965-ci il təvəllüdlü İlham Haqverdiyev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.