Belçikada 13 nəfər terrorçu qruplaşmada iştirakda şübhəli bilinərək nəzarətə götürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Krallığın Federal Prokurorluğunun yaydığı məlumatda deyilir.
Həbslər Antverpendə polisin Belçikada terror fəaliyyətinə qarşı əməliyyatı çərçivəsində həyata keçirilib.
Yüzə yaxın polis əməkdaşının iştirak etdiyi əməliyyatda şübhəlilər müqavimət göstərməyib.