21 Noyabr 2014 01:06
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi və Bakıda yanğın hadisəsi qeydə alınıb.

Teleqraf.com-u Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağcabədi rayonu, Salmanbəyli kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus "QAZ" markalı minik avtomobilində yanğın baş verib. Nəticədə avtomobilin yanar hissələri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Bakının Binəqədi rayonunda isə vətəndaşa məxsus "Volkswagen" markalı minik avtomobilinin salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: