21 Noyabr 2014 07:51
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda ötən gün axşam saatlarında yanğın qeydə alınıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Sumqayıt şəhərində üçmərtəbəli yaşayış binasının zirzəmisində - vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan, 2 otaqlı mənzildə baş verib.

Nəticədə mənzilin mətbəxində 1 ədəd soyuducu və mətbəx əşyaları 5 kv.m sahədə yanıb. Yanğın zamanı yuxarı mənzillərdən 16 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: