21 Noyabr 2014 12:39
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Sahibə Mahmudovanın cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, Sahibə Mahmudova 2010-cu ildən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri axtarış tədbirləri nəticəsində Sahibə Mahmudovanı həbs etmək mümkün olub.

Sahibə Mahmudova iş adamı Hafiz Novruzova qarşı dələduzluq edib. O, 2009-cu ilin fevralında “Azad Ticarət” MMC-nin təsisçisi və direktoru Gülnarə Ələsgərova vasitəsilə Sahibə Mahmudova ilə tanış olub və onu həmin müəssisənin baş mühasibi kimi tanıyıb. Elə həmin ilin martında Sahibə Mahmudovaya 2400 manat dəyərində mal verib. Daha sonra pullarını ala bilməyib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı noyabrın 27-nə təyin olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər