21 Noyabr 2014 12:47
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşı oğlunu öldürməyə cəhddə ittiham olunan 1967-ci il təvəllüdlü Oqtay Cəfərovun cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, Oqtay Cəfərov bu ilin avqustun 1-də Pirallahı rayonunun Gürgən qəsəbəsində qardaşı oğlunu öldürməyə cəhd edib. Qəsəbə sakini, əvvəllər məhkum olunmuş, 1967-ci il təvəllüdlü Oqtay Cəfərov sərxoş vəziyyətdə xuliqanlıq zəminində sənədi olmayan ov tüfəngi ilə qardaşı oğlu, 1982-ci il təvəllüdlü Niyazı Cəfərovu güllələyib.

Nəticədə baş nahiyəsindən xəsarət alan Niyazi Cəfərov xəstəxanaya yerləşdirilib. Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Oqtay Cəfərov tutulub.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı dekabrın 2-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif: